APRA və İPRA birgə əməkdaşlığa dair müzakirələr aparıb

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) nümayəndələri Bakı şəhərində səfərdə olmuş Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (İPRA) prezidenti cənab Bart de Vries ilə işgüzar görüş keçirib. İki təşkilat arasında mümkün əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə baş tutan görüşdə tərəflər Azərbaycanda ictimaiyyətlə əlaqələr sahəsinin inkişafına təsir göstərə biləcək bir sıra mühüm mövzularla bağlı razılıq əldə edib.

Görüşdə müzakirə edilmiş mövzulardan biri beynəlxalq təcrübəyə çıxış imkanı əldə etmək istəyən yerli PR mütəxəssisləri üçün İPRA-nın üzvlük imkanlarının təqdimatı olub. Belə ki, İPRA prezidenti bildirib ki, rəhbərlik etdiyi beynəlxalq təşkilat özünün üzvlük hüdudlarının daha da genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, Azərbaycan İPRA-da təmsil olunan Qafqaz regionunun ilk ölkəsi ola bilər və bu məqsədlə APRA-ya İPRA-nın regional bölməsi statusunun verilməsi mümkündür. “İPRA-nın Azərbaycanda APRA üzərindən regional bölməsinin yaradılması hər iki təşkilatın qarşısında peşəkar kommunikasiya mütəxəssisləri icmasında daha geniş təmsilçilik imkanları açacaq”, deyə cənab Bart de Vries vurğulayıb.

Tərəflər həmçinin İPRA-nın hər il təşkil etdiyi “Golden World Awards” (GWA) müsabiqəsi barədə də fikir mübadiləsi aparıb. Məlumat verilib ki, sözügedən müsabiqə dünyada ictimaiyyətlə əlaqələr sahəsində keçirilən ən nüfuzlu sahəvi müsabiqələrdən biridir və bir neçə kateqoriya üzrə dünyanın bir çox bölgələrindən təqdim edilmiş çoxsaylı PR layihələrinin münsiflər tərəfindən qiymətləndirilməsini nəzərdə tutur. APRA nümayəndələri GWA müsabiqəsinin işində yaxından iştirak etməkdə maraqlı olduqlarını və bu müsabiqədə Azərbaycandan uğurlu PR layihələrinin iştirakını təmin edə biləcəklərini ifadə edib. Bunun qarşılığında yerli mütəxəssislərin layihələrinin sözügedən müsabiqədə təmsil olunmasının əvəzolunmaz təcrübə və yeni əlaqələr qazanılmasına yol açacağı bildirilib.

Görüşün sonunda tərəflər qarşılıqlı işgüzar münasibətlərin qurulması istiqamətində birgə əməkdaşlıq üzrə konstruktiv dialoqun davam etdirilməsinə dair razılıq əldə ediblər.

 

APRA и IPRA обсудили вопросы взаимного сотрудничества

Азербайджан может стать первой в Кавказском регионе страной, представленной в IPRA

Представители Ассоциации по Связям с Общественностью Азербайджана (APRA) провели встречу с президентом Международной Ассоциации по Связям с Общественностью (IPRA), г-ном Бартом де Врисом, находившимся с официальным визитом в г. Баку. На встрече, организованной с целью обсуждения потенциальных сфер сотрудничества между двумя ассоциациями, стороны достигли соглашения по некоторым важным вопросам относительно будущего развития отрасли PR в Азербайджане.

Одной из тем, обсужденных на встрече, была предоставление местным PR-специалистам, желающим получить доступ к зарубежному опыту в сфере связей с общественностью и коммуникаций, возможности членства в этой авторитетной международной ассоциации. Так, президент IPRA отметил, что руководимая им организация заинтересована в расширении географии собственного членства, и Азербайджан может стать первой в Кавказском регионе страной, представленной в IPRA. По его словам, это может быть возможно посредством предоставления APRA статуса регионального представительства IPRA. “Создание представительства IPRA в вашей стране с помощью местной ассоциации PR поможет обеим организациям укрепить свое присутствие в глобальном сообществе профессиональных специалистов по коммуникациям”, отметил г-н де Врис.

Стороны также рассмотрели вопросы сотрудничества в рамках  ежегодного конкурса “Golden World Awards” (GWA), организуемой со стороны IPRA. Был отмечено, что данный конкурс является одним из главных глобальных отраслевых мероприятий, проводимых в сфере PR, и подразумевает оценку многочисленных проектов, связанных с PR и коммуникациями, представленных с разных регионов мира, со стороны профессиональных жюри. Представители APRA выразили заинтересованность в участии в работе данного конкурса путем выдвижения местных успешных PR проектов и кейсов на рассмотрение организаторов мероприятия. Было также подчеркнуто, что участие местных специалистов в GWA откроет для них новые возможности и связи.

По итогам встречи стороны договорились продолжить конструктивный диалог по установлению взаимного сотрудничества между двумя организациями.