ÜZVLÜK

“Azərbaycan İctimaiyyətlə Əlaqələri Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyinə üzv olmaqla siz bir sıra üstünlüklər əldə edəcəksiniz. Belə ki, APRA üzvləri təşkil olunacaq bütün təlimlərdə, seminarlarda, formlarda və bu kimi digər təlimlərdə pulsuz iştirak hüququ əldə edəcəkdir.

Bundan başqa hər il təşkil olunacaq toplantıda həqiqi üzvlərin il ərzində gördükləri işlər dəyərləndiriləcək və gizli səsverəm yolu ilə “İlin Ən Yaxşı PR meneceri” laureatına namizəd ola biləcəklər. Həqiqi üzvlər qarşılaşdıqları problemlərin həlli istiqamətində Azərbaycan İctimaiyyətlə Əlaqələri Mütəxəssisləri Assosiasiyasının idarə heyyətindən dəstək alacaq, pulsuz konsultasiyalar əldə edə biləcəklər.

APRA-da yaradılacaq kitabxanadan heç bir ödəniş etmədən faydalana biəcəklər. Beynəlxalq təlimçilər və bu sahədə dərs deyən müəllimlərdən tərəfindən keçirilən canlı təlimlərdə (vebinar) iştirak edə biləcəklər.