HAQQIMIZDA

“Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyi (APRA) 2016-cı ildə təsis edilmişdir. APRA olaraq əsas fəaliyyət istiqamətlərimiz İctimaiyyətlə əlaqələr sahəsində çalışan mütəxəssislərin peşəkarlığının artırılması, müxtəlif təlim, seminar,elmi və praktiki konfrans, forum və tədbirlər keçirərək birgə fəaliyyəti daha da möhkəmləndirməkdir.

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının yaradılmasında əsas məqsəd ölkədə İctimaiyyətlə Əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahənin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaqdır.

Azərbaycanın İctimaiyyətlə Ələqələr (Public Relations) üzrə mütəxəssislərinin bir arada cəmləşdiyi bu məkanda siz ünsiyyət, əlaqələrin qurulması, PR sahəsində fikir və təcrübə mübadiləsi, yerli və beynəlxalq təlimlərdə iştirak, peşəkar PR menecerlərlə yaxından tanışlıq, keyslərlə tanışlıq, PR sahəsinə aid geniş bilgilər və s. əldə edə biləcəksiniz.